R-3 Factor Skin Defense Cr.
- Məhsul Kodu: 69
R3 Faktor – Sizin dərinizi zamanın və ətraf mühitin çirklənmələrindən qoruyaraq, gənc qalmağa kömək edən mükəmməl kremdir. Bu krem üçqat təsir göstərir: dərini nəmləndirir, elastikliyi bərpa edir və qırışları açır. R3 Faktor kreminin əsas tərkib hissəsini sabitləşdirilmiş Aloe Vera geli təşkil edir. Bundan əlavə, kremin tərkibinə həll edilən kollagen, A və E vitamini və alfa-hidroturşular daxildir. R3 Faktorun tərkibində olan alfa-hidroturşuların konsentrasiyası 3%-ə qədər təşkil edir və Aloe Vera sayəsində zərərli təsirləri istisna edərək təhlükəsiz təsir göstərir. A və E vitamini Sizin dərinizin sağlamlığı üçün əvəzedilməzdir. A vitaminini dəri vitamini adlandırırlar, o, dəri toxumalarının bərpası üçün zəruridir və civzəli səpkilər, ləkələr, sızanaqlar və psoriazın müalicəsi üçün ondan istifadə edilir. E vitamini güclü antioksidantdır, qan damarlarını möhkəmləndirir, ulduz şəkilli damarların yaranmasının qarşısını alır. Bu krem gözətrafı üçün mükəmməl vasitədir. Dəri üçün qoruyucu kremin mükəmməl formulu olan R3 Faktor dəriyə zamanın və ətraf mühitin qəddar təsirləri ilə mübarizə aparmaqda kömək edən güclü yoldaşdır, o, Sizin dərinizə cavanlığını qorumaqda kömək edəcək.